Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.
Eləcə də bax: Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinə - 3000 Mənzil Veriləcək
FED.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi "Kapitel" MMC-dir. (Report)