Azərbaycanda yaşayış binalarının zirzəmilərindən yaşayış məqsədilə istifadə qadağan edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Qaydalara əsasən, yaşayış binalarında yaşayış otaqlarının (otaq, qonaq otağı və yataq otağı) kürsülük və zirzəmi mərtəbələrində yerləşdirilməsi yolverilməzdir.
Mənzilin yaşayış otaqlarının və digər sahələrinin ölçüləri erqonomikanın tələblərinə uyğun yerləşdirilən zəruri avadanlıq və mebelin yerləşdirilməsindən asılı olaraq müəyyənləşdirilir.