"PAŞA Holding" Daşkənddə “The Ritz-Carlton Hotel” layihəsinin icrasına başlayıb.
Azərbaycan şirkəti Daşkənddə 133 milyon dollara yaşayış kompleksləri tikəcək
FED.az xəbər verir ki, holdinqin yaydığı məlumatda bildirilir ki, bir müddət öncə, "PAŞA Holding" və "Marriott International, Inc." şirkəti arasında "PAŞA Holding"in Özbəkistanda ilk layihəsi barədə müqavilə imzalanmışdır.
Belə ki, Özbəkistanın paytaxtı Daşkənddə yerləşəçək və ölkənin ilk ultra lüks seqmentli oteli olacaq Ritz-Carlton-un, 30 mərtəbədən çox olan binada yerləşəçəyi, 140 otaqdan və üç fərqli restorandan ibarət olması planlaşdırılır.
Növbəti addımların isə eyni ərazidə yaşayış mənzillərinin və ticarət sahəsinin tikintisi olması nəzərdə tutulur.
Qeyd edilib ki, Mir Camal Paşayev Özbəkistanda görüşdə iştirak edərək, bu barədə daha ətrafli məlumat verib.
Əlavə edək ki, Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi layihəsinin dəyəri 200 milyon dollardır. (Marja)