Bakının "Kubinka" adlanan ərazisindəki yaşı əsrə bərabər bir və ikimərtəbəli yaşayış binaları qəzalı vəziyyətdədir.
Qəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır? - VİDEO
FED.az xəbər verir ki, həmin binalar hər an uçma təhlükəsi ilə üz-üzədirlər.
"Kubinka" sakini İndira Əsgərova deyir ki, yaşadıqları binanın bünövrəsi bir əsr əvvəl qoyulub. Ömrünün 50 ilini bu ünvanda yaşayan İndira Əsgərovanın mənzili də ərazidəki digər mənzillər kimi qəzalı vəziyyətdədir.
Sakinlər iddia edirlər ki, binanın qəzalı vəziyyəti ilə bağlı hələ illər öncə aidiyyəti qurumlar rəy verib.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, rayonun Bakıxanov küçəsindən aşağıda yerləşən bütün ünvanlar ötən əsrin 50-ci illərində tikilib. Bu ünvanlardakı binalara dövlət qurumlarının iştirakı ilə baxış keçirilib. Bundan sonra İcra Hakimiyyəti əlaqədar qurumlara köçürülmə ilə bağlı müraciət edib. Hazırda rəylər toplanılır, Bakının Baş Planına uyğun olaraq köçürülmə istiqamətində işlər aparılır.