Yenilənmiş sayt beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış eyni zamanda, vətəndaş məmnunluğunun artmasına, istifadəçilərin məmnunluğunun artmasına, rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsinə töhfə verəcəyini düşünürük.
Bakı Hərrac Mərkəzi: "Alıcılar avtomobil hərraclarında onlayn iştirak edə biləcək"
FED.az xəbər verir ki, bunu Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin yenilənmiş elektron saytı olan auksion.gov.az saytının yeni versiyasının təqdimatında Hərracların Təşkili Mərkəzi PHŞ şöbə müdirinin müavini Tağıyeva Tahirə deyib.
O bildirib ki, yeni saytda ilkin olaraq vətəndaşlar digital login vasitəsilə sayta daxil ola, şəxsi kabinetlərini yaradaraq və burada lotlara baxa bilərlər. Bütün bu prosesləri həyata keçirmək üçün, istifadəçilər hərraca keçid etməlidirlər. Eyni zamanda, yeniliyə əsasən, digital login vasitəsilə şəxsi kabinetini yaratmış vətəndaşlar, istifadəçilər buradan öz iştirak növlərini onlayn və offlayn seçmək, müvafiq əməliyyatlar yerinə yetirmək, etibarnamə vermək və hərraclarda onlayn iştirak edə bilərlər.
"Yeni sayt vasitəsilə ilkin olaraq, ilkin versiyasında saytın dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri üzrə, hərracların elektron formada keçirilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə Səhmdar Cəmiyyətlərinin səhm paketinin, kiçik dövlət, müəssisə və obyektlərinin, müsadirə edilmiş, xüsusi müsadirə edilmiş əmlakların, faydalı qazıntı yataqlarının və digər hərracların da elektron formada keçirilməsi nəzərdə tutulur" - deyə Tağıyeva Tahirə nəzərə çatdırıb.
O qeyd edib ki, həmçinin Hərracların Təşkili Mərkəzi PHŞ tərəfindən fiziki və hüquqi şəxslərin sifarişi əsasında da əmlaklarının daşınar və daşınmaz əmlaklarının hərracı təşkil edilə bilər.
Bunun üçün isə onlar ilk növbədə, hərracların təşkili mərkəzi publik hüquqi şəxsinə müvafiq təsdiqedici sənədlərlə müraciət etməlidirlər. Məlumat üçün bildirmək istəyirəm ki, bu ilin yanvar, oktyabr ayları ərzində Hərracların Təşkili Mərkəzi tərəfindən 122 hərrac təşkil edilmişdir. Bu keçirilmiş hərraclarda 537 dövlət əmlakı özəlləşdirilmişdir ki, bunlardan 6-sı səhmdar cəmiyyətlərinin səhm paketi, 6-sı kiçik dövlət müəssisə və obyektləri,525-i isə nəqliyyat vasitəsi olub. Keçirilən hərraclara sifariş də çox olmuşdur və bunlardan 391-i elektron sifariş olub, həmçinin onlayn qoşulma sayımız 48 olub.
"Yeni Fərmanı ilə publik hüquqi şəxs yaradılandan sonra nizamnaməmizdə olan dəyişikliklərdən sonra fiziki və hüquqi şəxslərin sifarişi ilə də hərraclar keçirə bilərik. Bu zaman rüsum qarşılıqlı razılaşma əsasında olur. Bu, müqavilə ilə tənzimlənir.
Hərraclarda beh məbləğinin dəyişilməsi ilə bağlı hər hansı bir müzakirə aktual deyil" - deyə Tağıyeva Tahirə vurğulayıb.