Azərbaycanda ötən il "Güzəştli mənzil" sistemi vasitəsilə 1 021 mənzil müvafiq qaydada rəsmiləşdirilib.
Daha bir rayonda güzəştli mənzillər tikiləcək - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.
Sənədə əsasən, 2025-ci ildə sistem vasitəsilə Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi, Yevlax Yaşayış Kompleksi üzrə ümumilikdə 627 mənzil satışa çıxarılıb, bunlardan 278 mənzil müvafiq qaydada rəsmiləşdirilib və qalan mənzillərin rəsmiləşdirilməsi üzrə işlər davam etdirilir.
Bundan başqa, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Mədəniyyət nazirliklərindən, Qida Təhlükəsizliyi Agentliyindən, Gəncə və Yevlax Şəhər İcra Hakimiyyətlərindən daxil olmuş müvafiq dövlət sifarişlərinə əsasən il ərzində ümumilikdə 552 mənzil üzrə alqı-satqı müqaviləsi bağlanılıb. Nəticədə, hesabat dövründə "Güzəştli mənzil" sistemi vasitəsilə 2024-cü ildə seçilmiş 191 mənzil, 2025-ci ildə 278 mənzil, dövlət sifarişi ilə isə 552 mənzilin rəsmiləşdirilməsi başa çatdırılıb.











