FED.az xəbər verir ki, mayın 22-də “Bakı Yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Bakı şəhəri, Sabunçu rayonu, Binəqədi–Balaxanı şossesi 11 nömrəli ünvanda keçiriləcək iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Cəmiyyətin 2022-ci ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
3. Cəmiyyətin idarəetmə orqanlarının və təftiş komissiyasının formalaşdırılması.
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (070) 645 56 01.