“Akkord”a məxsus şirkət nizamnamə kapitalını kəskin azaldır.
Eləcə də bax: “Akkord”un törəmə şirkətinin dövlətə - Vergi Borcu Var
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalının azaldılaraq 2 887 360.71 məbləğində müəyyən edilməsi elan olunur.
Qeyd edək ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı 7 010 346 manat idi.
Akkord Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat Departamentinin bazasında yaradılıb, qanuni təmsilçisi Sərxan MəmmədBağırov-dur.