Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində 300-dən çox ailə illərdir ki, çıxarış problemini həll edə bilmir.
SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək
FED.az xəbər verir ki, bir qrup sakinmüraciətində bildiriblər ki, kompleksin 19 saylı küçəsində problemlər təkcə bununla da bitmir.
Sakinlər deyiblər ki, 300-dən çox ailə mülkiyyət hüquqlarının rəsmi şəkildə tanınmaması səbəbindən bir çox hüquqi xidmətlərdən istifadə edə bilmirlər.
Ərazidə çəkiliş apararkən bizə yaxınlaşan binanın komentdantı bildirdi ki, binada yaşayış olsa da. Tam istifadəyə verilməyib. Binaya qaz veriləndən sonra çıxarış problemi də həll ediləcək.
"AAAF Park" yaşayış kompleksindən o da bildirildi ki, mənzillərə çıxarış verilməsi üçün aidiyyəti üzrə müvafiq quruma müraciət olunacaq.