FED.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb.
Eləcə də bax: “Qobu Park-2” kompleksində məcburi köçkünlərin - YERLƏŞDİRİLMƏSİ BAŞA ÇATIB
Bildirilib ki, “Qobu Park” layihəsi bütünlüklə özəl sektor tərəfindən gerçəkləşdirilir. Kompleksin üçüncü mərhələsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir. 1300 ailəlik “Qobu Park-3” qəsəbəsəinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.