Azərbaycanda fəaliyyət göstərən daşınmaz və daşınar əmlak üzrə qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvlüyünə qabul edilərək vahid baza yaradılacaq. Bu barədə bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin və Təftiş Kommisiyasının növbəti toplantısında qərar qəbul edilib.
Bu yaxınlarda baş tutan AQC-nin növbədənkənar konfransdan sonra ilk iclasını keçirən Cəmiyyətin İdarə Heyəti qurumun rəhbərliyində təmsil olunan hər üzvün qarşısına müvafiq vəzifələrin icrası öhdəliyini qoymaqla bağlı bölgü aparılıb.
İclasda həmçinin 2018-ci il üçün Cəmiyyətə üzvlük haqlarının miqdarı, qiymətləndiricilər üçün növbəti kursun vaxtı, cari il üçün nəzərdə tutulan və gözlənilən gəlir və xərclər, Cəmiyyətin hazırlanmaqda olan yeni saytı, standartların tərcüməsi və çap edilməsi kimi məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edlib.
Qiymətləndiricilərin vahid bazası yaradılacaq
11:20
29 Mart 2018