Mənzillər və obyektlər hər il bahalaşır, amma sökülən evlərə görə kompensasiya məbləği artmır. Yəni standart olaraq qalır.
Bakıda daha bir ərazidə evlər söküləcək, kompensasiya veriləcək - VİDEO
FED.az xəbər verir ki, bu da bir çox hallarda söküntünü həyata keçirən MTK-larla sakinlər arasında narazılığa səbəb olur. Tikinti şirkətləri bəzən kv/m sahəyə görə ödənişi ərazinin bazar qiymətinə uyğun olması ilə əsaslandırırlar.
Ekspertlər də təsdiqləyir ki, paytaxt ərazisində mənzillərin qiyməti ildən ilə dəyişsə də kompensasiya məbləğ eynidir.
Ümumiyyətlə ödənilən kompensasiya nəyə əsasən hesablanmalıdır? Əmlək məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, qiymətləndirmə şirkətləri bunu evlərin yerləşdiyi ərazinin bazar qiymətinə görə hesablayırlar. Əgər şəxsin əlavə tikintisi varsa bu da hesaba alınmalıdır.
Ekspert onu da əlavə etdi ki, hazırda Bakı şəhərində əraziyə görə, vətəndaşa ödənilən kompensasiya 1500-3500 manat civarında dəyişir ki, bu da real bazar qiymətinə uyğundur.