Qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının yenilənməsi və əsaslı təmiri ilə bağlı Dövlət Proqramının layihəsi hazırlanıb.
Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? – AÇIQLAMA
FED.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının yenilənməsi və əsaslı təmiri ilə əlaqədar aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması və müvafiq dövlət proqramının layihəsinin (2023-2028-ci illər üzrə beşillik dövlət proqramı) təqdim edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 25 oktyabr tarixli tapşırığının icrası məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2022-ci il 28 noyabr tarixli əmri ilə İşçi Qrupu yaradılıb. İşçi Qrup tərəfindən sözügedən Dövlət Proqramının layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir.