Nazirlər Kabineti özünün 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də dəyişiklik edib.
FED.az xəbər verir ki, yeni qərara görə, bundan sonra qeyri-yaşayış binalarına da ünvan veriləcək. Xatırladaq ki, sözügedən reqlamentə əsasən indiyədək qeyri-yaşayış sahələrinə ünvan verilirdi. İndi isə bu qayda qeyri-yaşayış binalarına aid edilib.
Reqlamentin 3.8-ci bəndində “çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin (onların tərkib hissələrinin)” sözləri “çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin” sözləri ilə əvəz edilib.