Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 2023-cü ildə gözlənilən xərclərin təqribi məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Büdcə layihəsinə əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır.
Nazirlik bildirir ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz, ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.