"İpoteka kreditləri üzrə aşağı faiz dərəcələri mənzil qiymətlərinin artmasına səbəb olur, lakin onların rus ailələri üçün müsbət təsiri göz qabağındadır".
Eləcə də bax: İpoteka Fonduna dövlət büdcəsindən 95 milyon manat - AYRILACAQ
FED.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı illik mətbuat konfransında bildirib.
“Biz, əlbəttə ki, indi bu barədə (mənzilin qiymətinin artması – red) və bütövlükdə ölkə üçün düşünürük. Çünki bu ucuz ipoteka mənzillərin bahalaşmasına səbəb olur. Ancaq yenə də bu, 90 milyon kvadratmetr mənzilin tikilməsinə səbəb oldu. Müsbət təsir göz qabağındadır. Yaşayış şəraitini yaxşılaşdıracaq ailələrin sayı getdikcə artır”, - deyə dövlət başçısı Uzaq Şərqdən olan jurnalistin ucuz ipoteka səbəbindən regionda mənzillərin bahalaşması ilə bağlı sualını cavablandırarkən deyib. (Marja)