Türkiyədə xaricilərə mənzil satışları 2025-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq 943 olub.
Bakının bu rayonlarında köhnə mənzillər bahalaşıb
FED.az xəbər verir ki, Türkiyənin Statistika Qurumunun (TÜİK) məlumatına görə, noyabr ayında ümumi mənzil satışları içərisində xaricilərə satılan mənzillərin payı 1,4 faiz təşkil edib. Xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər müvafiq olaraq 728 ilə İstanbul, 662 ilə Antalya və 157 ilə Mersin olub.
Xaricilərə edilən mənzil satışları yanvar–noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq 18 min 993 olub.
Ölkə vətəndaşlığına görə ən çox mənzil satışı Rusiya vətəndaşlarına edilib
Noyabr ayında ölkə vətəndaşlığına görə ən çox mənzil satışı müvafiq olaraq 310 ilə Rusiya Federasiyası, 159 ilə Ukrayna və 151 ilə Almaniya vətəndaşlarına edilib.
Noyabr ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 90 mənzil, yanvar–noyabr dövründə (11 ayda) isə 831 mənzil satılıb. Azərbaycan vətəndaşlarına ötən ilin noyabr ayında 70 ədəd,11 ayı ərzində isə 756 mənzil satılmışdı.
Qeyd edək ki, Türkiyə üzrə mənzil satışları noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,8 faiz azalaraq 141 min 100 olub. Mənzil satışının ən çox olduğu şəhərlər müvafiq olaraq 24 min 234 ilə İstanbul, 12 min 706 ilə Ankara və 8 min 540 ilə İzmir olub, ən az olduğu şəhərlər isə müvafiq olaraq 78 ilə Ardahan, 131 ilə Bayburt və 152 ilə Artvin olaraq qeydə alınıb. (Marja)











