Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhərində qanunsuz tikililərlə bağlı ciddi yoxlamalara başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, Xətai, Binəqədi, Nəsimi, Yasamal rayonları üzrə 96 tikinti obyektində ciddi qanun pozuntusu aşkarlanıb: "Toplanmış faktlar prokurorluq orqanlarına göndərilib. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar aparılır".