İnşaat və əmlak

PROKON şirkəti Ankarada- YENİ OFİSİNİ AÇDI

PROKON şirkəti  Ankarada- YENİ OFİSİNİ AÇDI | FED.az
15:51 3 Mart 2020

2020-ci ilin fevral ayında PROKON şirkəti Türkiyənin Ankara şəhərində yeni ofisini açdı.

FED.az xəbər verir ki, ofis, Ankaranın işgüzar rayonu olan Soğutozuda yeləşir.

Mühəndis-layihələndirmə, satınalma, tikinti və layihələrin idarə edilməsi xidmətlərini göstərən PROKON şirkəti regionda fəaliyyətini genişləndirərək aparıcı podratçıya çevrilməkdədir. Türkiyədə ofisin yaradılmasının məqsədi Türkiyə bazarında və qonşu ölkələrdə meydana gələn imkanların reallaşdırılmasında iştirak etmək və bu cür imkanları dəyərləndirməkdir.

“Səriştəli tender idarəsi yaratmaq və yüksək ixtisaslı və təcrübəli insanları işə götürməklə, o cümlədən Azərbaycandan olan gənc mütəxəssislərə təlim keçməklə biz bu regionda yeni bazarları araşdırmaq məqsədi ilə bu ofisdən istifadə etməyi planlaşdırırıq. Bundan başqa Türkiyədə yerləşməsi loqistika və təchizat baxımından çox əlverişlidir və gələcəkdə onu loqistika əməliyyatları üçün başlanğıc nöqtəsi olaraq istifadə etmək mümkündür” deyərək “PROKON Makina İnşaat İmalat Montaj Sanayi ve Ticaret Limited Şirketi”nin Baş Direktoru Umut Egel bildirmişdir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılan PROKON şirkəti sənaye obyektlərinin tikintisi üzrə irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. Şirkət həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.

Digər xəbərlər