Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında yaradılan quruma yeni rəhbər təyin edilib.
Eləcə də bax: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Toğrul İsalı “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.
T.İsalı, 2019-cu ilin dekabrından bu tərəfə İqtisadiyyat Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin auditoru kimi fəaliyyət göstərirdi.
T.İsalı həmçinin “Akkord” şirkətində baş maliyyə inzaibatçısı kimi çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin iyunundakı fərmanı ilə İN yanında ƏMDX tabeliyində Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi yaradılmışdı.