Xəbər verildiyi kimi, prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən ölkə ərazisindəki ykni tikilən binaların istismara götürülməsi prosesi sürətləndirilib. Bunun üçün dövlət qurumlarının qarşısına vaxt və öhdəliklər qoyulub.
Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İB bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.
Məsələnin dövlət başçısının nəzarətində olması binaların təhvil verilməsin prosesinin sürətli həyata keçməsinə şərait yaratmalıdır.
Prezident «novostroyka»lar məsələsini - NƏZARƏTƏ GÖTÜRDÜ
13:43
19 Fev 2019