“PMD Projects” MMC şirkətinin direktoruna yeni müavin təyin edilib.
Eləcə də bax: “Azərbaycan Sənaye Sığorta”da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Nəriman Topçubaşovdur.
Hazırda şirkətin direktoru Dəyanət Sədullayevdir.O, 2007-ci ildən ana şirkət olan “PMD Group” MMC-də çalışırdı.
Qeyd edək ki, “PMD Projects” 2018-ci ildə yaradılıb, 7 milyon manat nizamnamə kapitalına sahibdir. Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.