PMD Projects beynəlxalq inşaat sərgisi – UzBuild 2025-də iştirak edərək tədbir müddətində qarşısına qoyduğu məqsədlərə müvəffəqiyyətlə çatıb.
FED.az xəbər verir ki, şirkət sərgi müddətində Özbəkistanın inşaat bazarında əlaqələrinin möhkəmləndirilməsi və yeni biznes əlaqələrinin qurulmasında böyük irəliləyişlər əldə edib.
Özbəkistan və qonşu ölkələrin yüksək vəzifəli şəxsləri PMD Projects-in stendini ziyarət edərək şirkətin fəaliyyətləri və layihələri ilə yaxından tanış oldular. Stendi ziyarət edən dövlət rəsmiləri siyahısına Özbəkistan Respublikasının Tikinti və Mənzil-Kommunal Xidmətlər Naziri Şerzod Hidoyatov, Tacikistan Respublikası Hökuməti yanında Memarlıq və Tikinti Komitəsinin Dövlət Unitar Müəssisəsinin direktoru Şarifzoda Dilşod Şarifi, "Uzpromstroymateriallar" Assosiasiyasının sədr müavini İsmailov Baxodir və digərləri daxildir.
Bundan əlavə PMD Projects stendi tədbirdə ən yaxşı dizayn nominasiyadında qalib gələrək mükafatlandırıldı.