Mediada Bakıdakı ''Xruşşovka'' tipli binalarda mənzillərin alqı-satqısının dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Paytaxt sakinləri bildiriblər ki, paytaxtın əksər ərazilərində bir çox 5 mərtəbəli binalarda mənzillərin alqı-satqısı ilə bağlı əməliyyatlar dayandırılıb. Onlardan biri Cavid Babayevin sözlərinə görə, hmin qadağa səbəbindən "Gənclik" metro stansiyası yaxınlığında ''Xruşşovka''da olan mənzilini sata bilməyib. Əmlak satışı ilə məşğul olan şəxslərin ona ''Xruşşovka''larda evlərin satışının dayandırılması ilə bağlı tapşırıq verildiyini bildirilib.
FED.az məsələyə aydınlıq gətirmək üçün paytaxtda daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan mütəxəssislərə müraciət edib. Onlar belə bir qadağanın olmadığını bildiriblər:
"Əgər nağd pulun varsa, "Xruşşovka"dan ev ala da bilərsən, öz mənzilini sata da bilərsən. Hazırda həmin binalarda alqı-satqı həyata keçirilir".
Onu da deyək ki, adıçəkilən binaların pilot layihələr çərçivəsində sökülərək yeniləri ilə əvəz edilməsinə başlanılıb. Yaranan söz-söhbətlər də bundan qaynaqlanır. Əldə etdiyimiz digər məlumata görə, "Xruşşovka"larda söküntü gözləntisiylə əlaqədar ipoteka ilə ev satılması dayandırılıb.
Paytaxtda ''Xruşşovka''lar yenidən gündəmdə - TƏKZİB OLUNDU
21:56
3 Sen 2018