Binada həm yaşayış var... Həm də söküntü gedir...
Bakıda yeni söküntü dalğası - Bəzi binalar təmir də ediləcək - VİDEO
FED.az xəbər verir ki, Nizami rayonunun, Kamil Balakişiyev küçəsindəki binanın sakinləri ilə tikinti şirkəti arasında yaranan problem həllini tapmır.
Yaşayış yerlərini dəyişmək istəməyən sakinlər, öz mənzillərinin yenisi ilə əvəz edilməsini, eləcə də təmir olunmasını tələb edirlər.
Sözügedən şirkət, Orbita MTK tərəfindən isə sakinləri təhlükəsiz şəraitdə köçürməyə çalışdıqlarını, eləcə də ərazidə mənzillərin sayının şişirdildiyini dedilər. Bildirdilər ki, burada aparılan söküntü işləri evlərini satıb gedən sakinlərin razılığı ilə aparılır.
O, da vurğulandı ki, sakinlərə fərdi evlər Zabrat və Binə qəsəbəsində təklif olunur. Bununla razılaşmayan sakinlər məhkəməyə müraciət edə bilərlər.