Azərbaycanda baş verən yeni iqtisadi proseslər, o cümlədən iqtisadiyyatda dövlətin rolunun azaldılması və özəl investisiyaların artırılması işləri çərçivəsndə özəlləşdirmə siyasətinə də yenidn baxılması gözlənilir.
Eləcə də bax: Dekabrdakı hərracda özəlləşdirilməyə - 120 DÖVLƏT ƏMLAKI ÇIXARILIB
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirir ki, hazırda özəlləşdirmə ilə bağlı detallı iş planı və proqramın hazırlanması işləri davam edir: «Bu sənəd hazırlanıb digər qurumlarla razılaşdırılandan sonra dövlət başçısına təqdim ediləcək».
M.Cabbarov onu da bildirib ki, özəlləşdirmədə digər yenilik konseptual yanaşmada olacaq: «Artıq indiyədək özəlləşdirməyə açılmış müəssisələrin vəziyyətinə baxaraq onların özəlləşdirilmə perspektivləri yenidən qiymətəndirilməli, yanaşmalar yenidən təhlil edilməlidir».
Bu sahədə nəzərdə tutulan digər tədbir geniş özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlaklarının istifadəsinin səmərəliliyinin araşdırılması olacaq: «Onların yaradılmasından kifayət qədər müddət keçib və bu müddət imkan verir ki, biz bu əmlaklarının səmərəliliyini qiymətəndirək və bununla bağlı təkliflər hazırlayaq».