Özbəkistan hökuməti 2022-ci ilə qədər “Təhlükəsiz ev” layihəsini həyata keçirəcək.
FED.az xəbər verir ki, Özbəkistan hökumətinin bu addımı hüquq pozuntularının profilaktikası və cinayətkarlıqla mübarizə sahəsində tədbirlərin gücləndirilməsi ilə bağlıdır.
Bildirilir ki, 2022-ci il dekabrın 31-dək ölkənin bütün regionlarında mərkəzləşdirilmiş və avtomatlaşdırılmış sistem mərhələ-mərhələ işə salınacaq. Sənədə əsasən, yeni tikilən yaşayış binaları mütləq qaydada təhlükəsizlik və yanğından mühafizə sistemləri ilə təchiz ediləcək.
2019-cu il yanvarın 1-dən daxili işlər orqanları mühafizə xidmətlərinin vəsaiti hesabına fərdi mənzillərdə və yaşayış binalarında mühafizə-nəzarət avadanlıqları quraşdırılacaq, texniki xidmət pulsuz göstəriləcək.