Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağda, həmçinin 2020-ci ilin payızında müharibədən zərər görmüş şəhərlərdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi, tikintisi və bərpası üçün 8 şirkət cəlb edib.
Eləcə də bax: Əmlakına ziyan dəymiş mülki əhaliylə bağlı - SƏRƏNCAM
FED.az xəbər verir ki, şirkətlərlə 22 milyon 249,677 min manat məbləğində müqavilələr imzalanıb ($13 milyon 88,045 min).
Xüsusilə, “İnşaat Servis-2” MMC və “CONCO” QSC ilə imzalanmış müqavilələr Gəncədə dağıdılmış yaşayış binaları və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 1 milyon 694,131 min manat və 2 milyon 173,638 min manatdır.
«AZ-Caspian Construction» MMC və «Real-İnşaat» MMC ilə imzalanmış üçüncü və dördüncü müqavilənin predmeti Tərtər rayonunda dağıdılmış yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiridir. Müqavilələrin dəyəri müvafiq olaraq – 1 milyon 368,546 min manat və 5 milyon 454,248 min manatdır.
“AZ GRAFT Construction» MMC ilə imzalanmış beşinci müqavilənin şərtlərinə görə, şirkət Gəncə, həmçinin Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini həyata keçirməyi öhdəlik götürüb. Müqavilənin dəyəri – 2 milyon 244,369 min manatdır.
“Parlaq-N” MMC-nin 1 saylı filialı ilə imzalanmış altıncı müqavilə Gəncə, Naftalan, həmçinin Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 4 milyon 860,018 min manatdır.
“Rabitəinşaat” ASC ilə imzalanmış yeddinci müqavilə Mingəçevir, həmçinin Ağdam və Bərdə rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 2 milyon 314.71 min manatdır.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üçün tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılmasını nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 2 milyon 140,013 min manatdır. (İnterfaks)