2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9% bahalaşıb.
Daha 296 kirayə mənzil satışa çıxarılıb - 448 manatdan başlayır - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 3.3%, o cümlədən ilkin mənzil bazarı üzrə 2.8%, təkrar mənzil bazarı üzrə 3.3% artıb. (Apa)