2022-ci ildə azad edilmiş ərazilərdə yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına 82,8 milyon manat vəsait ayrılıb.
Qarabağın bərpasına 2022-ci ilin dövlət büdcəsindən - 4,3 MİLYARD MANAT AYRILIB
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Bundan əlavə, ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına 30,3 milyon manat, meliorasiya işlərinə isə 115,7 milyon manat vəsait yönəldilib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4311,0 milyon manat vəsait ayrılıb. (Report)