Hazırda ölkəmizdə yüzlərlə göydələn inşa edən binalar var. Bu binaların yerindən və sahəsindən asılı olaraq hər kv metrinə görə qiymətləri dəyişir. Paytaxtda yerləşən bəzi MTK-larda ipotekaya verilən mənzillərin ilkin ödənişlərini və hər kv metrə görə qiymətlərini sizə təqdim edirik.
Yeni Masazır MTK
Yeni Masazır MTK-da ilkin ödəniş kimi mənzilin məbləğinin 50% tələb olunur. Mənzilin nağd satışla kv metrinin qiyməti isə 700 manatdır. Tikinti şirkəti evin kv metrini 300 manatdan təmir də edir.Təbii ki, evin sahibinin istəyindən asılı olaraq. Göstərilən təmir qiymətinə tikinti materialları da daxildir.
Nuray House MTK Xırdalan
Adı çəkilən MTK-nın Xırdalanda yerləşən binasında mənzillərin hər kv metrinə görə qiyməti 950 manatdır. Binanın inşası hələ tam başa çatmayıb. Tikikinti işləri ilin axırına başa çatacaqdır. Bu mənzillərdə ilkin ödəniş kimi 15-20 min manat tələb olunur.
Etibarlı Residense
Qaraçuxurda yerləşən bu MTK-da mənzili nağd alanlar üçün kv metri 1200 manatdır. Kreditlə mənzil alanlar üçün isə hər kv metri 1300 manatdır. Noyabrda mənzil sahiblərinə kupça da veriləcək. İlkin ödəniş kimi isə 15-20 min manat tələb edilir.
Abşeron Tikinti yaşayış kompleksi
İlkin ödəniş 10-15 min manatdır. Mənzillərin kv metri isə 700 manatdır. Bina Masazırda duzlu göllə üzbəüz yerləşir.
Şeron 63 MTK-dır
Bu binada mənzillərin kv metri 700-750 manatdır. İlkin ödəniş isə 15-20 min manatdır. Bina Xırdalanda yerləşir.
Orbita MTK
İlkin ödəniş 30%-dır. Daxili kreditlə də mənzillər kreditə verilir. Mənzilin hər kv metri 1100 manatdır. Bina 16 mərtəbəlidir. Kreditin Qalanı 3 ilə ödənməlidir.
Mahal MTK
30% ilkin ödəniş tələb olunur. Bu zaman aylıq ödəniş 1350 manat olur. İlkin ödəniş 50% olduqda isə aylıq ödəniş 150 manat təşkil edir.
Teras Park
Teras Park Bakıxanovda ( Aygün City ilə üzbəüz) İnşa edilən yaşayış kompleksidir. Hal-hazırda 8-ci yaşayış mərtəbəsində işlər tamamlanıb. Qiymətlər kvadrat metr üçün 850 manatdan başlayır.Kreditlə əldə etmək mümkündür. Kredit 40% lkin ödənişlə 36 ay müddətinə verilir. Ətrafli məlumat üçün *1144 nömrəsinə zəng edə bilərsiniz.