“Bakıda bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi ilə əlaqəli ölkə başçısının imzaladığı fərmanla paytaxtda qeydiyyata alınmamış və istismara qəbul edilməyən mənzillərin 70-80%-də qeydiyyat problemi həll olunacaq”.
FED.az xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Eləcə də bax: İstismara qəbul edilən binalarda – MƏNZİLLƏR BAHALAŞACAQ
Onun sözlərinə görə, imzalanan fərmanın bir çox üstünlükləri olacaq: “Uzun illərdən bəri çoxmənzilli binalarda yığılıb qalan qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Mövcud problemin həllini tapması aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Dövlət büdcəsinə daxilolmalar dedikdə o nəzərdə tutulur ki, bu vaxta qədər Mənzil Tikinti kooperativləri (MTK) alqı-satqı zamanı müqavilələrin dəyişdirilməsinə görə vətəndaşlardan qeyri-qanuni yolla bir mənzilə görə 3000-4000 min manat pul alırdılarsa, bundan sonra həmin məbləğə yaxın pul vəsaiti rəsmi qaydada vergi şəklində dövlət büdcəsinə yönələcək”.