Bakıda yeni mənzillər fevral ayında bahalaşıb.
FED.az xəbər verir ki, bunu açıqlamasında “MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib. O bildirib ki, ilkin mənzil bazarında qiymətlər ötən ay 1,55% artıb. "Navastroyka"larda mənzillər ilin əvvəli ilə müqayisədə 2,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,5% bahalaşıb.
N.İbrahimov bildirib ki, yeni özülü qoyulan binalarda qiymətlər çox yüksəkdir. Bu da yeni mənzil bazarında ümumi qiymətlərə təsir edir.