“Yeni Zığ” Yaşayış Kompleksi yeni mənzil sahibi olanlara təmirlə bağlı bəzi tövsiyələr və məsləhətlər verib.
Eləcə də bax: Yeni Zığ Yaşayış Kompleksindən Ramazan ayına - ÖZƏL KAMPANİYA
Şirkətdən FED.az-a verilən məlumata görə, yeni mənzil alan zaman insanları narahat edən suallardan biri də “təmirə hansı otaqdan başlamalıyam” olur. Şirkətin müştərilərinə təmir mövzusunda bir neçə məsləhəti var.
Bildirilir ki, mənzildə təmir mərhələləri ümumiyyətlə, binanın vəziyyətindən, təmirin növündən, əhatə olunmuş ərazidən və planlaşdırmadan asılı olaraq dəyişir.
Yeni mənzilin təmiri zamanı otaqlarda ardıcıllığını necə müəyyənləşdirməli?
Şirkət tövsiyə edir ki, təmirə başlayan zaman çıxış qapısına yaxın olan otaqdan başlamamağa çalışın. Şirkət bunu o biri otaqlarda təmir işləri gedən zaman, ilk təmir etdiyiniz otağın çirklənməsi ilə əlaqələndirir.
Təmirə başlayan zaman çıxışa daha uzaq olan otaqlardan başlamaq daha məqsədəuyğundur. Ən sonda isə təmiri dəhlizlə yekunlaşdıra bilərsiniz.
Qeyd edək ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 93-də yerləşən “Yeni Zığ” Yaşayış Kompleksi ilə əlaqə saxlamaq istəyənlər 994503176363 / 0773176363 (Zəng/ whatsapp) və +994125678051 (Ofis) nömrələrinə zəng vura bilərlər.