Xırdalandakı «AAAF» yaşayış kompleksində satış qiymətləri bir qədər də endirilib. FED.az xəbər verir ki, bir qədər əvvəl nağd satışlar üçün 1 kvadratmetr mənzil sahəsinin qiymətini 450 manat müəyyənləşdirən kompleks rəhbərliyi Yeni İl kampaniyasında qiyməti 400 manata endirib.
Hazırda da davam edən kampaniyaya əsasən, hazırda tikilməkdə olan binalarda 82 kvadratmetrlik mənzili 3200 manata, 62 kvadratmetrlik mənzili isə 24 500 manata əldə etmək olar. Kompleksin satış şöbəsi bildirir ki, həmin binalar 18 ay ərzində təhvil veriləcək.
Eləcə də bax: Tikintidə müfəssəl plan tələbinin tətbiqi müddəti – DƏYİŞDİ