Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnşaat və əmlak

  1. Ana səhifə
  2. İnşaat və əmlak
  1. İnşaat və əmlak

Nigar Alimova: "Özbaşına tikililərin tənzimlənməsi kompleks tədbirləri zəruri edir" - MÜSAHİBƏ

Nigar Alimova: "Özbaşına tikililərin tənzimlənməsi kompleks tədbirləri zəruri edir" - MÜSAHİBƏ | FED.az
11:15 7 Fev 2023

FED.az daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və bu sahədə mövcud problemlərinin həlli ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova ilə müsahibəni təqdim edir:

Eldar İbrahimov: "Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ həllini tapmalıdır"

- Nigar xanım, daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas problemlərdən biri sənədsiz evlərdir. Fərdi evlər tikilib, uzun illər həmin evlərdə yaşayış var, amma sənəd almaq mümkün deyil. Bu problem necə həll ediləcək?

- Bu məsələ ilə bağlı ilkin konsepsiya sənədi hazırlanıb. Özbaşına tikililərin tənzimlənməsi müxtəlif dövlət qurumlarının səlahiyyətlərinə aid kompleks tədbirləri zəruri edir. Burada mülkiyyət hüququnun yaranması və qorunması, torpaqlardan istifadə, şəhərsalma qaydaları, tikintinin təhlükəsizliyi tələblərinə əməl edilməsi kimi aspektlər mövcuddur. Müzakirələrdən sonra məsələlərin hansı ardıcıllıqla öz həllini tapacağını demək olar.

Xüsusilə infrastruktur obyektlərinin – yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz və neft kəmərlərinin, dəmiryolunun, magistral avtomobil yollarının, eləcə də Xəzər dənizi və çayların mühafizəsində yerləşən evlər mövcuddur. Bu evlərin istifadə edilməsi həm sakinlər üçün təhlükə mənbəyidir, həm də infrastrukturun normal istismarına ciddi maneə yaradır.

Eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda, meşə torpaqlarında, Dövlət Neft Şirkətinin beynəlxalq müqavilələrin predmeti olmuş mədən ərazilərində evlərin tikilməsi məsələni mürəkkəbləşdirən aspektləri təşkil edir.

Hazırda qanuniləşdirilməsi ən asan olan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərdir. Burada yalnız söhbət torpağın kateqoriyasının dəyişdirilməsindən gedir. Yaşayış massivinin köçürülməsi, sökülməsi xərcləri də dəyərləndirilməlidir. Məsələn, müəyyən edilməlidir ki, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi dövlətə az risk və xərc tələb edir, daha asandır, yoxsa yaşayış massivinin yerinin dəyişdirilməsi? Ola bilər ki, həmin vətəndaşlara çoxmənzilli binalardan ev təklif edilsin.

Burada tənzimləmə vətəndaşların, xüsusilə aztəminatlı ailələrin qorunması ilə yanaşı torpaqdan qanunsuz istifadəyə gələcəkdə yol verilməməsi, şəhərsalma və tikintidə təhlükəsizlik qaydalarının pozulmaması kimi amilləri tarazlığını təmin etməlidir.

- Sizin hesablamalara görə, hazırda ölkədə nə qədər qanunsuz tikilmiş evlər var və bunun nə qədəri Bakı-Abşeron yarımadasına düşür?

- Kadastr məlumatlarına əsasən, ölkə üzrə qeydiyyata alınmamış tikililərin sayı təqribən 450 min təşkil edir. Bunun təxminən 400 mindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür. Müxtəlif vaxtlarda xüsusilə Bakı şəhərində bələdiyyələrin torpaq ayırmaq səlahiyyəti olmadan və bələdiyyə torpaqlarının idarə edilməsi barədə qanunvericiliyin tələblərinə əməl edilmədən torpaq satışı həyata keçirilib. Regionlarda bələdiyyələrin torpaq ayırmaq səlahiyyətləri bu gün də normal həyata keçirilir.

Tikili faktiki olaraq mövcud olduğu üçün hökumət və aidiyyəti dövlət orqanları, o cümlədən icra hakimiyyətlərinin üzərinə şəhər planlaması baxımından çox böyük öhdəlik düşür. Fövqəladə Hallar Nazirliyinə aid tikintilərin təhlükəsizliyi ilə bağlı məsələlər var. Əmlak Məsələləri Dövlət Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi zəncirvari prosesin ən sonunda olan bir strukturdur. Yəni, bu tikililərlə bağlı qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş sənədlər əsasında qeydiyyat aparan orqandır.

- Belə görünür ki, artıq hökumət bu məsələyə ciddi yanaşır?

- Təbii, bu təkcə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”ni maraqlandıran məsələ deyil, hökumətin, aidiyyəti dövlət qurumlarının həllinə yönəlik təşəbbüslə çıxış etdikləri bir məsələdir.

- Hazırda əsas problemlərdən biri MTK-ların çıxarışsız satdığı mənzillərlə bağlıdır. Mənzillər adi müqavilə ilə vətəndaşa satılır, çıxarış verilmir. Daha sonra çıxarışın olmamasından istifadə edib sayğacın qoyulması və digər “əlavə xidmətlərə” görə ödəniş tələb edirlər. Və yaxud bina sənədləşdirilmədiyi üçün kommunal xidmətlərin istifadəsində çətinliklər ortaya çıxır. Problem necə həll ediləcək?

- Daşınmaz əmlakın qeydiyyatının tam elektronlaşdırılması ilə bağlı islahatın bir hissəsi olaraq həyata keçirilməsi nəzərdə tutulmuş digər mühüm yenilik çoxmənzilli binalarda yerləşən mənzillərin qeydiyyatının elektron sistem üzərindən aparılmasının təmin edilməsidir. Yeni yaradıcılacaq sistemdə mənzil tikinti kooperativinə üzvlük, üzvlüyə xitam verilməsi, mənzilə dair ödənişlərin edilməsi və daşınmaz əmlakın qeydiyyatında sənədlərin əldə edilməsi üçün əməliyyatların tam elektronlaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanır. Məsələn, hazırda mənzil tikinti kooperativləri (MTK) maliyyə arayışlarının verilməsi üçün əlavə ödəniş tələb edir. Yeniliyə əsasən, hər bir əməliyyat sistem üzərindən generasiya olunacağı üçün artıq vətəndaşın kimdənsə sənəd alıb gətirməsinə zərurət olmayacaq. Elektron qeydiyyatı nəzərdə tutan platforma özü-özlüyündə bütün əməliyyatları, bütün hərəkətləri sistem üzərindən fiksasiya edəcək. Yekunda vətəndaşın MTK-dan aslılığı olmayacaq. MTK-ya üzvlük və üzvlükdən çıxma həm vergitutma baxımından, həm də qarşılıqlı münasibətlər baxımından çox ciddi şəkildə şəffaflaşacaq. Bu önəmli bir yenilikdir. Hesab edirik ki, hazırda mənzil tikinti kooperativi üzvlərinin qarşılaşdıqları problemlərin və sualların həlli ilə bağlı müddəalar hazırlanan təklif layihəsində öz əksini tapacaq.

- Sənədsiz evlərin icbari sığortası ilə bağlı problem necə həll ediləcək?

- İcbari sığorta ilə məşğul olan həm dövlət, həm də özəl sektor qurumları elektron informasiya resursundan tam istifadə edəcəklər. Ölkədə qeydiyyata alınmamış tikililərin tənzimlənməsi iqtisadi sahədəki, eləcə də vətəndaşların hüquq və mənafeləri ilə bağlı bir çox məsələnin həllinə töhfə verəcək. Evlərin sənədləşdirilməsi vətəndaşların qeydiyyatı, evlərin sığortalanması, alqı-satqısı, vərəsəlik, ipoteka kimi bir çox sahələrdəki problemlərin avtomatik olaraq həll olunmasına şərait yaradacaq. (Apa)

Banner
Banner
  • sənədsiz ev
  • fərdi ev
  • Əmlak Məsələləri
  • Nigar Alimova
  • Daşınmaz Əmlak
  • Özbaşına tikililər
  • tənzimləmək
  • kompleks tədbirlər
Paylaş

Digər xəbərlər

Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
İnşaat və əmlak 24 Mart 2023
Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
İnşaat və əmlak 18 Mart 2023
Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
Kirayə üsulu ilə -  3 287 MƏNZİL VERİLDİ
İnşaat və əmlak 18 Mart 2023
Kirayə üsulu ilə - 3 287 MƏNZİL VERİLDİ
Ötən il 963 tikinti obyektində - İŞLƏR DAYANDIRILIB
İnşaat və əmlak 17 Mart 2023
Ötən il 963 tikinti obyektində - İŞLƏR DAYANDIRILIB
MİDA-nın 2022-ci il üzrə ümumi xərcləri - MƏLUM OLDU
İnşaat və əmlak 17 Mart 2023
MİDA-nın 2022-ci il üzrə ümumi xərcləri - MƏLUM OLDU
Qəzalı binalarla əlaqədar Dövlət Proqramının layihəsi hazırlanıb
İnşaat və əmlak 17 Mart 2023
Qəzalı binalarla əlaqədar Dövlət Proqramının layihəsi hazırlanıb
Fizulidə 18 binanın - TİKİNTİSİNƏ BAŞLANILIB
İnşaat və əmlak 17 Mart 2023
Fizulidə 18 binanın - TİKİNTİSİNƏ BAŞLANILIB
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği - 2,5 Milyard Manatı Keçib
İnşaat və əmlak 17 Mart 2023
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği - 2,5 Milyard Manatı Keçib
Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı - AÇIQLANIB
İnşaat və əmlak 17 Mart 2023
Türkiyədən mənzil alan Azərbaycan vətəndaşlarının sayı - AÇIQLANIB
Tikintinin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququnun - Əldə Olunması Asanlaşdırılır
İnşaat və əmlak 16 Mart 2023
Tikintinin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququnun - Əldə Olunması Asanlaşdırılır
Azərbaycanda "tikinti amnistiyası" başlayır: Bu il mayın 1-dək inşa edilmiş tikililərin istismarına - İCAZƏ VERİLƏCƏK
İnşaat və əmlak 16 Mart 2023
Azərbaycanda "tikinti amnistiyası" başlayır: Bu il mayın 1-dək inşa edilmiş tikililərin istismarına - İCAZƏ VERİLƏCƏK
Sənədsiz 40 min əmlaka - "KUPÇA"  VERİLƏCƏK
İnşaat və əmlak 15 Mart 2023
Sənədsiz 40 min əmlaka - "KUPÇA" VERİLƏCƏK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Lildən təmizlənmə və sahilbərkitmə işləri ilə bağlı - TENDER ELANI
    15:21 25 Mart 2023
  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
  • Twitterin "mavi" nişanının qiyməti açıqlandı - Bütün dünyada istifadə oluna bilər
    15:13 24 Mart 2023
  • Azərbaycana düyü idxalı - 46% ARTIB
    15:09 24 Mart 2023
  • Rusiyanın daha bir şəhərindən Bakıya - TƏYYARƏ REYSİ AÇILIR
    14:49 24 Mart 2023
  • Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
    14:34 24 Mart 2023
  • Azərbaycan MN Rusiya sülhməramlıları qarşısında qəti tələb qoyub: "Belə hallara dərhal son qoyulmalıdır"
    14:14 24 Mart 2023
  • Azərbaycan MN: Xankəndi yolu ilə növbəti qanunsuz hərbi daşımalar davam edir - VİDEO
    14:07 24 Mart 2023
  • Avropada satılan balın təqribən yarısı - KEYFİYYƏTSİZDİR
    13:24 24 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA 
    13:19 24 Mart 2023
  • Laboratoriyada hazırlanan brilyantın satışı artır - TƏBİİ BRİLYANT İLƏ EYNİDİR, AYIRMAQ MÜMKÜN DEYİL
    13:05 24 Mart 2023
  • Darknetdə nə baş verir? – Xakerlərin qurbanına çevrilməmək üçün  - 4 VACİB TÖVSİYƏ
    12:47 24 Mart 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    12:32 24 Mart 2023
  • 2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro - SƏRF EDİB
    12:15 24 Mart 2023
  • ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
    12:05 24 Mart 2023
  • 2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro - SƏRF EDİB
    11:50 24 Mart 2023
  • Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
    11:44 24 Mart 2023
  • "Qarabağ”-“Qalatasaray” matçına gedəcək - AZARKEŞLƏRİN NƏZƏRİNƏ!
    11:34 24 Mart 2023
  • Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
    11:16 24 Mart 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    11:13 24 Mart 2023
  • Birbank Visa kartları ilə xaricdəki ödənişlərə - 2% KEŞBEK HESABLANACAQ
    11:03 24 Mart 2023
  • Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına - CAVAB VERİB
    10:42 24 Mart 2023
  • Su qıtlığı niyə yaranır? - 5 SUALA CAVABDA
    10:29 24 Mart 2023
  • Bağlanan bankın əmlakı 57 min manata - SATIŞA ÇIXARILIR
    10:10 24 Mart 2023
  • Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
    10:01 24 Mart 2023
  • Cəbrayılda tikilən evlər belə olacaq - VİDEO
    09:53 24 Mart 2023
  • "Twitter Blue" ödənişli abunəliyi artıq bütün dünyada istifadəçilər üçün əlçatandır
    09:45 24 Mart 2023
  • "Rusiya və Çin üçün dollara alternativ yaratmaq çox çətin olacaq"
    09:38 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!