"Azərbaycan Neft və Sənaye Universitetinin yataqxanasının yerində ötən il ərzində inşa edilən "Univerium" tələbə şəhərciyi artıq istifadəyə verilib".
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Eləcə də bax: Azərbaycanda 2 universitet üçün - tələbə yataqxanası tikiləcək - PUL AYRILDI
Nazir qeyd edib ki, tələbə şəhərciyində ən müasir standartlara cavab verən şərait yaradılıb: "Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparmaları, dərs oxumaları, eyni zamanda idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Xüsusi qeyd edim ki, tələbə şəhərciyinin tikintisinə dövlət vəsaiti sərf edilməyib. Oranın tikintisi dövlət-özəl partnyorluğu əsasında həyata keçirilib".
Nazir bildirib ki, ali təhsil müəssisələrində tələbələr üçün yataqxana imkanlarının genişləndirilməsi hər zaman qarşıda duran prioritet istiqamətlərdəndir: "Bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Gəncə Dövlət Universitetinin böyük yataqxana kampusunda bir müddət öncə məcburi köçkünlər məskunlaşmışdı. Həmin məcburi köçkünlər yeni tikilmiş şəhərciyə köçürüləndən sonra yataqxanada yenidənqurma, təmir işləri həyata keçirilməyə başlayıb. Bir neçə aydan sonra çox böyük korpusdan ibarət yataqxana Gəncə Dövlət Universitetinin tələbələrinin ixtiyarına veriləcək. Digər universitetlərdə də yaxın zamanlarda oxşar layihənin həyata keçirilməsi nəzərdə tutulub".
Apa