Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillər üçün müraciət edənlərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Layihələr və Məhsulların İdarəedilməsi Departamentinin Biznes Analizi Şöbəsinin Baş Mütəxəsissi Şahin Məmmədzadə "Sosial saat"da deyib.
O bildirib ki, mənzillər üçün 7 mindən çox müraciət qəbul olunub:
"Bunlar içərisində bronu tamamlayanlar, sənədi qeydiyyata alıb brona göndərməyənlər, eyni zamanda sənədi qeydə alıb müraciətini ləğv edənlər var. İyulun 1-nə qədər müraciətlər qəbul olunacaq. Bu müddətə qədər mənzillər tam satılacaqsa, proses dayandırılacaq. Əgər qalarsa, həmin tarixə qədər davam edəcək".
Qeyd edək ki, satışa 1662 mənzil çıxarılıb. Onlardan 1602-si ən azı bir nəfər tərəfindən bron edilib. Qalan mənzillər sadəcə Abşeron rayonu üzrədir. Digər ərazilərdəki mənzillərin hamısı bron edilib. (Apa)