İqtisadiyyat Nazirliyi Aparatı üçün Hökumət Evindən icarəyə götürdüyü yerə görə binanın istismar idarəsinə 290 946 manat ödəyəcək.
ELƏCƏ DƏ BAX: "İstisu" mehmanxanası özəlləşdirilir
FED.az-ın məlumatına görə, bundan başqa, qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi üçün də Hökumət Evindən icarəyə yer götürüb. Bu yer isə nazirliyə 7 055 manata başa gələcək.
Beləliklə, iki müqavilə üzrə ümumi ödəniş 298 001 manat təşkil edəcək.
Nazirlik Hökumət Evinə 300 min manat ödəyəcək - MÜQAVİLƏ

18:43
19 Fev 2019