Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 iyulda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil alınması üçün "ŞA-İnşaatçı" MTK ilə müqavilə bağlayıb.
Nazirlik "ŞA-İnşaatçı" Açıq Səhmdar Cəmiyyətinə 2 milyon 125,8 min manat (1 milyon 250 min ABŞ dolları) ödəyəcək.
Qurumun tender komissiyasında verilən məlumata görə, satın alınmış 35 ikiotaqlı mənzil Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində tikilmiş yaşayış kompleksində yerləşir. Bu mənzillərin ümumi sahəsi 3000 kvadratmetrdir.
Müqaviləyə əsasən, hazır olan mənzillər Nazirliyə 15 gün müddətində veriləcək.