Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.
Eləcə də bax: Tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara - Təqdim Edilib
FED/az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edilib.
Qəbul edilən qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün bu ilin oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanıb:
- Tikintidə üstəlik xərclərin normativləri;
- Tikintidə smeta gəlirinin normativlərı;
- Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;
- Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;
- Müəllif nəzarəti üzrə vəsaitin miqdarının təyin edilməsi üçün normativlər;
- Küləyin təsiri ilə əlaqədar olan xərclərin təyin edilməsi üçün normativlər;
- Müvəqqəti bina və qurğuların tikintisi üzrə sərflərin smeta normaları;
- Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.
Qərar oktyabrın 1-dən qüvvəyə minir.