İmtiyazlı şəxslərin mənzillə təminatı onların növbəliliyi əsas götürülür. Yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil məcəlləsinin 56.7 bəndini rəhbər tutaraq həmin ailənin mülkiyyətində olan mənzil sahəsinin ölçüsü nəzərə alınır.
İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir? - NAZİRDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
İmtiyazlı şəxslərin mənzillə təminatından danışan nazir deyib ki, postmüharibə dövründə artıq bu kateqoriyadan olan şəxslərə 5500-ə yaxın mənzil təqdim edilib:
"Bura şəhid ailələri, müharibə əlilləri daxildir. Cari il ərzində 1500 mənzilin təqdim edilməsi plamlaşdırılır. Düşünürük ki, ilin sonunadək cari il üzrə hədəfimizi tam yerinə yetirə biləcəyik. Bu proses çox sürətlə aparılır. Növbəti ildə də hədəflər əsasında bu proqram icra olunacaq”. (Apa)