Naxçıvan Muxtar Respublikasında sosial mənzillərin tikintisinə başlanılacaq.
FED.az xəbər verir ki, artıq bu məqsədlə müvafiq torpaq sahəsi də ayrılıb, tikintini Mənzil İnşaatı üzrə Dövlət Agentliyi – MİDA-nın «MİDA» MMC şirkəti aparacaq.
Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması ilə bağlı tenderə yekun vurulub.
Şərtlərə görə, azı 3 iştirakçının olması tələb edilən tenderdə "PBA" QSC şirkəti qalib seçilib.
Qeyd edək ki, layihənin hazırlanması üçün ehtimal olunan məbləğ 620 min manat idi, amma qalibin təklif etdiyi məbləğ bundan 110 mion manat az – 511 min manat olub.
"PBA" Qapalı Səhmdar Cəmiyyəti 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 2020 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani, ev.7, m.138-də yerləşir, Qanuni təmsilçisi Əliyev Tusi Tbrahim oğludur.