Naxçıvan şəhərinin Heydər Əliyev prospektində - Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı 6,6 hektarlıq boş ərazidə 21 yaşayış binasından ibarət “Nakhchivan Residence” in – “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb.
MİDA bu şəhərdə 1264 mənzilli - 25 SOSİAL BİNA TİKƏCƏK
Bu barədə FED.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-9 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Binaların brinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən xidmət sahələri üçün nəzərdə tutulacaq. Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, basketbol və voleybol meydançaları, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək.
2023-cü ilin sonuna başlanması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq.
Avropa texnologiyalarına uyğun dizayn edilmiş, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq.