Sumqayıtda dövlət nəfinə müsadirə edilən 2 mənzil hərraca çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən FED.-az-a verilən məlumata görə, mənzillərdən birinin ilkin satış qiyməti 39 min manat elan edilib. Mənzil 16-cı məhəllə ev 41/6 ünvanında yerləşir. Onu almaq üçün vətəndaşlar 3 900 manat beh ödəyərək hərraca qatıla bilərlər.
İkinci mənzil isə 47 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəhərin 5-ci mikrorayon, ev 3/12 ünvanın yerləşən evi almaq istəyənlər 4 700 manat beh ödəməli olacaqlar.
Xatırladaq ki, mənzillərin hərracı oktyabrın 23-də baş tutacaq. Həmin tarixə 3 bank günü qalanadək qeydiyyatdan keçmək tələb olunur.
Sumqayıt şəhəri |
|||||||
1 |
Mənzil |
Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 41/6 |
ədəd |
1 |
39000 |
3900 |
|
2 |
Mənzil |
Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12 |
ədəd |
1 |
47000 |
4700 |
|