Hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.
Kənd təsərrüfatı təyinatlı torpaqların - İcarəyə verilməsi mexanizmi təkmilləşdirilir
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Nəzərə çatdırılıb ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi faktları üzrə protokol tərtib edilməmiş digər hallarla bağlı hüquqi və fiziki şəxslər tərəfindən torpaq sahələrinə dair mülkiyyət, icarə və istifadə hüququ olmayan ərazilərdə aparılmış tikinti faktlarının araşdırılması və səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə daxili işlər orqanlarına məktublar göndərilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955 kənd təsərrüfatı təyinatlı torpaqlarda torpağın məqsədli təyinatından kənar istifadə edilərək fərdi yaşayış evlərinin inşa edilməsi aşkar edilib. Həmin faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində torpaq müfəttişləri tərəfindən 2020-2022-ci illər ərzində ümumilikdə 1115 inzibati xəta haqqında protokol tərtib edilərək 568 900 manat inzibati cərimə tətbiq edilib. (Apa)