Banner

İnşaat və əmlak

Müəllimlərə ipoteka verilməsi - ŞƏRTLƏRİ DƏYİŞDİRİLDİ

Müəllimlərə ipoteka verilməsi -  ŞƏRTLƏRİ DƏYİŞDİRİLDİ | FED.az
16:36 7 May 2020

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Eləcə də bax: Təcili: İpoteka Fondu kredit güzəştləri ilə bağlı - MƏLUMAT YAYDI

FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda, qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.

Report

Digər xəbərlər

Banner