Banner

İnşaat və əmlak

MİDA Yasamal-2 yaşayış kompleksində binaların və uşaq bağçasının tikintisi üçün podratçılar seçir

MİDA Yasamal-2 yaşayış kompleksində binaların və uşaq bağçasının tikintisi üçün podratçılar seçir | FED.az
14:55 20 May 2019

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal-2 yaşayış kompleksində çoxmənzilli yaşayış binalarının tikintisi üçün podratçılar seçir. FED.az xəbər verir ki, bu barədə cəmiyyətin elanında deyilir.

Seçim açıq tender metodu ilə 6 lot üzrə həyata keçirilir: (lot-1) №13 və №16 saylı 2 bloklu 9 mərtəbəli iki binanın tikintisi; (lot-2) №9 saylı 1 bloklu 12 mərtəbəli binanın tikintisi; (lot-3) №32 saylı 2 bloklu 9 mərtəbəli binanın tikintisi; (lot-4) №48 və №49 saylı 2 qeyri-yaşayış binanın, iki polis məntəqəsi və iki qazanxana tikintisi; (lot-5) №45 və №47 saylı 2 uşaq bağçasının tikintisi; (lot-6) daxili və xarici qaz təchizatı işləri.

Eləcə də bax: Azərbaycanda kinoteatr, fabrik və ucuz avtomobillər - SATIŞA ÇIXARILDI

1 və 5 lotda iştirak haqqı – 500 manat, 2-4 və 6 lotda – 300 manatdır.

Şirkətlərdən tender təklifləri 4 iyul 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru iyulun 5-də baş tutacaq.

2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə Yasamal-2 yaşayış kompleksinin açılışı olub.

Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.

Digər xəbərlər

Banner