Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) direktorunun səlahiyyətlərini qurumun direktor müavini Sadiq Sadıqov icra edir.
Agentliyə rəhbərlik, yeni direktor təyin edilənə qədər ona tapşırılıb.
Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyevin sərəcamı ilə MİDA-nın direktoru Samir Nuriyev vəzifəsindən azad edilərək Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri vəzifəsinə təyin olunub.