Mənzil İnşaatı Dövlət Agentliyinin yeni inzibati binası yenidən qurulub.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən MİDA-nın yeni binasının görüntülərini təqdim edir.
Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvanında (Azərbaycan Dillər Universitetinin yanında) yerləşir.
Köhnə və istismara yararsız bu binada bərpa və yenidənqurma işləri 2018-ci ilin axırlarından başlayaraq 2021-ci ilin sonunda başa çatıb.
Onu da qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxs Torma MMC ilə 4 milyon manatlıq müqavilə bağlamışdır. Müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasının yenidənqurulması (rekonstruksiyası) üzrə əlavə işlər nəzərdə tutulurdu.